Azərbaycan güləşçiləri Serbiyada dünya çempionatında iştirak edəcəklər
Azərbaycan təmsilçiləri Serbiyanın Novi Sad şəhərində keçiriləcək güləş üzrə U-23 dünya çempionatında iştirak edəcəklər.
"İnformator.az" xəbər verir ki, ilin son dünya çempionatında iştirak edəcək heyət artıq müəyyənləşib.
Dünya çempionatına yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mundialda iştirak edəcək.
