00:00:00
Yazar
Admin User
30.07.2025 18:47 154 1 dəq oxuma
İdman

Azərbaycan güləşçisi dünya çempionu olub

Azərbaycan güləşçisi dünya çempionu olub

Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatı davam edir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub. Komandamız mundialda 1 dəst medal qazanıb.

 

Abdurrahman Hüseynli (45 kq) ukraynalı Timur Məhərrəmova tam üstünlüklə (9:0) qalib gələrək bürünc medal qazanıb.

 

Hikmət Haqverdiyev (51 kq) finalda özbəkistanlı Otabek Tursunova 1:4 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

 

Əli Nəzərov (60 kq) həlledici görüşdə qırğızıstanlı Amangəldi Ysakbayevə heç bir şans tanımayıb. Rəqibini 6:1 hesabıyla üstələyən həmyerlimiz dünya çempionu olub.

 

Yusif Əhmədli (71 kq) bürünc medal görüşündə iranlı Mohammad Kazımiyə minimal fərqlə (3:4) məğlub olub.

 

Səid Paşayev (92 kq) gündüz seansında təsəlliverici görüşlərə çıxıb və moldovalı Vladislav Vasilevskiylə (9:0) qazaxıstanlı Adilet Toişiyə (tuş) vaxtından əvvəl qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli Ahmet Uzuna 0:5 hesabıyla uduzaraq, 5-ci yerlə kifayətlənib.


DÇ-də 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz 100 xal toplayaraq, komanda hesabında Qırğızıstanla 4-5-ci yerləri bölüşüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər