00:00:00
Yazar
Admin User
17.10.2023 08:56 407 2 dəq oxuma
Sosial

Azərbaycan gəncləri “ENACTUS” Dünya Kuboku uğrunda mübarizə üçün Niderlanda yollanır

Azərbaycan gəncləri “ENACTUS” Dünya Kuboku uğrunda mübarizə üçün Niderlanda yollanır

Dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların, biznes liderlərinin cəlb edilməsinə həsr olunmuş ən böyük beynəlxalq təşkilat olan “Enactus” layihəsinin dünya kuboku keçiriləcək.

 

Enactus” gələcək liderləri sahibkarlıq, innovasiya və iş prinsiplərinə cəlb etmək üçün 34 ölkədən 1700 şəhərdə 72 mindən çox tələbəni özündə cəmləşdirir. Layihənin prioritet istiqaməti sosial sahibkarlıq bacarıqlarının inkişaf edilməsinə yönəlib. Bu məqsədlə “Enactus” platformasının növbəti Dünya Kuboku 17-20 oktyabr tarixlərində Niderland Krallığının Utrext şəhərində təşkil ediləcək.

 

Dünya Kuboku uğrunda gedəcək mübarizədə müxtəlif ölkələri təmsil edən gənclər sosial sahibkarlıq üzrə biznes layihələrini təqdim edəcəklər. Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə Enactus gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.

 

Sözü gedən tədbirdə Azərbaycanı təmsil etmək üçün Naxçıvan Dövlət Universitetinin komandası 16-22 oktyabr tarixlərində Niderland Krallığında olacaq.

 

Bildirmək istəyirik ki, 2005-ci ildən etibarən Azərbaycanın qoşulduğu “Enactus” proqramında ölkəni təmsil edən gənclər 2 dəfə- 2019 və 2022-ci illərdə yarımfinal mərhələsinə yüksəliblər.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Gənclər Fondunun və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai birliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər