Azərbaycan hökumətinə zəruri dəstək verməyə hazırıq - Dünya Bankı
Bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Dünya Bankı (DB) və Azərbaycan hökuməti ölkənin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi və xarici şoklara, o cümlədən neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlı orta və uzun müddətli tədbirlər dəstini müzakirə edir.
İnformator.az xəbər verir ki, bu barədə DB-nin Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
\"Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır və Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi, Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır\", - deyə məlumatda bildirilir.
