00:00:00
Yazar
Admin User
22.09.2025 12:01 147 2 dəq oxuma
İdman

Azərbaycan idmançısı Murad Əhmədiyev öz gücünü göstərib

Azərbaycan idmançısı Murad Əhmədiyev öz gücünü göstərib

Azərbaycan idmançısı Murad Əhmədiyev dünya çempionatında erməni güləşçi Artur Aleksanyanı məğlub edib. Müxtəlif titullara malik olan Artur əvvəlki yarışlarda qalib gəlsə də, Murad Əhmədiyev onu fənd etməyi bacarıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Sərxan Musayev bildirib ki, Murad Əhmədiyevin bu yarışda qalib gəlməsi digər idmançılara motivasiya olub:

 

“Murad Əhmədiyеvin güləş üslubunda rəqib fənd etməyə çalışarkən, xüsusən çevirmə fəndində rəqibin bir qolunu tutur və onu xalçaya sıxır. Bu halda ya 2 xal alır, ya da texniki qələbə qazanır. Mən görüşdən də əvvəl ümid edirdim ki, məhz bu yolla ancaq Artur Aleksanyana qalib gəlmək olardı. Belə də oldu. Artur birinci fəndini işlətdi, 2 xal aldı, amma növbəti cəhdində Murad öz fəndi ilə rəqibi kürəyini yerə sıxaraq tuşla qələbə qazandı. Bu, onun özünəməxsus güləş üslubudur ki, neçə vaxtdır bu formada güləşir. Necə ki, yarı finalda digər rəqib məhz ondan çəkindiyi üçün həmin fəndə getmədi. Çünki əks halda güləşçimiz yenə də qalib gələ bilərdi. Ümumiyyətlə, güləşçilər fiziki və psixoloji vəziyyətlərinə görə fərqlənirlər. Amma ümumən bu yarışa gəlməzdən əvvəl onların hər birinin əhval-ruhiyyəsi yüksək səviyyədə olur, yarışa demək olar ki, psixoloji olaraq hazır olurlar".

 

Həmçinin Sərxan Musayev bildirib ki, baxmayaraq ki, Aleksanyan bu vaxta qədər bizim güləşçilərlə olan yarışların hər birində qalib gəlib bəlkə də onun titulları burada psixoloji rol oynayıb:

 

"Çünki o, dördqat dünya çempionu, dördqat olimpiya mükafatçısı, yeddiqat Avropa çempionudur. Amma Muradın bu qələbəsi yeniyetmə güləşçilərə, yığma komandanın digər üzvlərinə göstərdi ki, deməli, istənilən rəqibə qalib gəlmək mümkündür".

 

Ayşə Qarayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər