00:00:00
Yazar
Admin User
04.02.2015 07:44 331 1 dəq oxuma
Sosial

Azərbaycan iki beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan bu ilin mart ayında iki beynəlxalq turizm sərgisində təmsil olunacaq.
Azərbaycan iki beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan bu ilin mart ayında iki beynəlxalq turizm sərgisində təmsil olunacaq.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi cari ilin 4-8 mart tarixlərində Almaniyanın Berlin şəhərində keçiriləcək "ITB Berlin 2015" və 18-21 mart tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək "MITT 2015" beynəlxalq turizm sərgilərində iştirak edəcək.

Nazirlikdən verilən məlumata görə, qeyd olunan sərgilərdə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Azərbaycan Turizm Asosiasiyası, Azərbaycan Konqreslər Bürosu və ümumilikdə 30 turizm şirkəti, 5 mehmanxana təmsil olunacaq.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi 2002-ci ildən etibarən MITT, 2004-cü ildən etibarən isə "ITB Berlin" beynəlxalq turizm sərgilərində iştirak edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər