"Azərbaycan Kahramanmaraşın tikintisi üçün 100 milyon dollar ayırıb" - Deputat
"Kahramanmaraşın tikintisi üçün Azərbaycandan 100 milyon dollar yardım ayrılıb. Yaxın vaxtlarda yeni işlərə başlanılacaq. Azərbaycan əlindən gələni edəcək”.
İNFORMATOR.AZ xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev Türkiyə-Çin Biznesin İnkişafı və Dəstək Dərnəyinin təşkil etdiyi iftar süfrəsində olarkən deyib.
O bildirib ki, Kahramanmaraşdakı Azərbaycan küçəsinin yenidən qurulması üçün 100 milyon dollar ayrılıb.
Həmçinin Adil Əliyev zəlzələdən ziyan görmüş digər şəhərlərə də maddi dəstək göstəriləcəyini bildirib.
Xatırladaq ki, Türkiyə fevralın 6-da tarixinin ən böyük fəlakətini yaşayıb. 17 şəhərdə baş verən güclü zəlzələlər 11 şəhərdə dağıntılara səbəb olub.
Nuray
