00:00:00
Yazar
Admin User
23.10.2025 19:21 123 2 dəq oxuma
İdman

Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıb

Azərbaycan karateçiləri dünya çempionatına beş lisenziya qazanıb

Azərbaycan karateçiləri Parisdə keçirilən seçim yarışlarında dünya çempionatına lisenziya qazanıblar.

 

Mövzu iə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, karateçilərimizin dünya çempionatında beş lisenziya qazanması əslində normaldır:

 

“Bunu norma kimi qəbul etmək lazımdır. Çünki Azərbaycanda karate həmişə populyar idman növü olub. Bu idman növünün arxasınca gedən uşaqlarımızın sayı həmişə çox olub. Bunda təbii ki, əvvəlki illərdə uğurlu nəticələri ilə yadda qalan idmançılarımızın böyük rolu var. Məsələn, Rafael Ağayev kimi dünya karatesinin, Kristallıq Briliantı kimi adını alan 50 dəfələrlə dünya çempionu, olimpiya medalçısı olan Rafael Ağayevin bu məsələdə bu kütləvilikdə çox böyük rolu var. Digərlərinin də adını çəkə bilərik. Karate Azərbaycanda həmişə uğurlu idman növü olub, populyar idman növü olub. Sadəcə məsələ ondan ibarətdir ki, bu uğurlu çıxışlar davam etməlidir. Yəni, əgər sadəcə əvvəllər 10 il əvvəl beş il əvvəl uğurlu nəticə eləmişiksə, elə oturub onu gözləyib onun üzərində iş qurulmalı deyil, uğurlar davamlı olmalıdır və mən görünən odur ki, karate federasiyası işini doğru görür və bu nəticələr gəlməkdədir. Bu dünya çempionatına beş lisenziya qazanması təsadüfi deyil. Çünki bir neçə gün əvvəl, daha doğrusu, oktyabrın əvvəllərində Azərbaycanda keçirilən MDB oyunlarında çıxış edən karate yığması hazırlığı bu məsələdə çox vacib rol oynayıb. Çünki orda 16 medal qazanmışdıq, yığma komandanın demək olar ki, əsas heyəti bütün ən güclü idmançıları karateçiləri bu yarışda iştirak etmişdilər. Bu, bir sınaq xarakteri daşıyır. Yaxşı bir məşq xarakterli turnir oldu. Həm MDB oyunlarında qələbələr qazanaraq ölkəmizin adını layiqincə təmsil etdilər, həm də bir yaxşı hazırlaşmaq üçün bir şans əldə etdilər. Ona qədər də Türkiyədə bir neçə ölkədə toplanışda olaraq hazırlıq keçib və ümidi Bu oyunlardakı nəticə də təsadüfi deyildi. Bu davamlı və məqsədyönlü fəaliyyət plan özünü bu seçmə yarışda göstərdi və komanda üzvləri dünya çempionatına vəsiqə qazandılar. Mənim üçün gözlənilməz deyil, normaldır. Belə də olmalıdır və mən düşünürəm ki, bizim nəinki lisenziya qazanmaq və həmçinin dünya çempionatında medallar qazanmaq şansımız az deyil. Düşünürəm ki, bu medalları qazanmaq lazımdır. Yəni bəli, təbii ki, rəqabət güclüdür, dünya kartesi başqa bir səviyyəyə çıxıb. Amma Azərbaycanda dünya kartesin həmişə liderlər sırasında olub və bu liderlik adını qorumaq lazımdır “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər