00:00:00
Yazar
Admin User
07.11.2025 13:52 105 2 dəq oxuma
İdman

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcək

Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcək

 

Azərbaycan basketbol klublar FIBA Avropa Kubokunda növbəti matçlarına çıxacaqlar.
I qrupda yer alan “Neftçi” IV tur çərçivəsində Polşanın “Trefl” komandasını qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında start götürəcək. Qrupun digər oyununda isə “Abşeron Lions” Estoniyaya yollanaraq “Kalev” klubunun qonağı olacaq.

 

Mövzu ilə bağlı idman eksperti Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında bildirib ki, rəqib çox güclüdür və oyun çox da asan keçməyəcək:

 

" "Neftçi" komandasının rəqibi çox güclü rəqibdir. Oyunumuz çox da asan keçməyəcək. Amma ümid edirəm ki, "Neftçi" rəqiblə baş-başa mübarizə apara biləcək. "Abşeron Lions"a gəldikdə isə onun rəqibi də güclü komandadır və onların oyun üslubu bizdən daha üstündür. Kəskin hücumlara malik idilər və kompakt oyun üslubundan "Abşeron Lions"dan  seçilirlər. Hər iki komandamızın rəqibi güclüdür və eyni zamanda düşünürəm ki, mübarizə aparmaq olar. Hətta qalib də gəlmək olar. Amma bunun üçün yüksək əzmkarlıq tələb olunur. Rəqiblərin təcrübəsi, onların çempionatının yüksək səviyyədə olması və basketbolçulardan adlı-sanlı olmaları hamısı bizim üçün ikiqat məsuliyyətli olmağa çağırır. Arzu edirəm ki, iki komandamızdan biri bizi sevindirə bilər. Ancaq ən əsas belə komandalara qarşı oyunda əzmkarlıq və oyunda peşəkarlığı qorumaq və oyunu əldən verməməkdir. Düzdür, hesabda geri düşsən belə, məyus olub özünü daha da pis vəziyyətə salmamaq lazımdır. Eybi yox, hesabda geri düşə bilərsən, amma hökmən sən mübarizəni sona kimi davam etdirməlisən. Basketbolda belə bir şey var ki,hesabda boşluq buraxdınsa onu bərpa eləmək çətindir. Mən burda hökmən əzmkarlığı görürəm".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər