00:00:00
Yazar
Admin User
05.11.2025 17:09 95 1 dəq oxuma
İdman

Azərbaycan klubu ABŞ-dən olan basketbolçu transfer edib

Azərbaycan klubu ABŞ-dən olan basketbolçu transfer edib

 

NTD klubu ABŞ-dən olan basketbolçu Harrison Batleri transfer edib.26 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. 

 

Mövzu haqqında idman mütəxəssisi Tahir Mirzə “İnformator.az”a açıqlamasında bildirib ki, son vaxtlar Azərbaycan basketbolunda xüsusi inkişaf hiss olunur:

 

“Xüsusən də, Emin Əmrullayevin Azərbaycan Basketbol Federasiyasına prezident seçilməsindən sonra Azərbaycan çempionatının bərpası, milli komandanın yenidən formalaşdırılması ölkədə basketbola diqqət və qayğını artırıb. Ən əsası da, çempionatların yüksək səviyyədə keçirilməsi üçün komandalara legionerlərin cəlb olunması önəmli faktorlardandır. Bu məqamda da, basketbol deyildikdə ağıla ilk Amerikalı basketbolçular gəlir. Sadəcə Azərbaycana gələn legionerlərin hamısı büdcəyə görə təyin olunur və sözsüz ki,digər ölkələrin dəvət edəcəyi legionerlər ilə bura gələn legionerləri bir tutmaq mümkün deyil”. 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər