00:00:00
Yazar
Admin User
22.09.2025 19:34 139 1 dəq oxuma
İdman

Azərbaycan klubu daha bir ABŞ-dən olan basketbolçu ilə heyətini genişləndirib

Azərbaycan klubu daha bir ABŞ-dən olan basketbolçu ilə heyətini genişləndirib

"Sərhədçi'' komandası heyətinə yeni futbolçu transfer edib. Basketbolçu 1.96 metr boya sahib olan Cameron Wilbon-dur.

 

 

Mövzu ilə bağlı, komandanın baş məşqçisi Anar Sarıyev "İnformator.az"a açıqlamasında bildirib ki, Cameron Wilbon artıq bir neçə gündür heyətə qoşulub:

 

"Hər kəsin bildiyi kimi, dünyada basketbolu ən yaxşı ABŞ-dən olanlar oynayır və bunu uğurları ilə artıq çoxdandır sübut ediblər. ABŞ-dən cavan oyunçular tez-tez komandalarımıza transfer edilir. Həmin basketbolçular, göstəriciləri ilə həm komandalarımıza, həm də oyunçularımıza çox müsbət təsir edirlər. Wilbon da onlardan biridir, onunla birlikdə Maxwell Amoafo, Mark Vance, Jamond Vincent komandamıza yaxın zamanda transfer edilmiş və beləliklə qrupda 6 legioner cəmlənib.Xaricdən gələn basketbolçularımızın hər zaman komandaya böyük qatğıları olub, həmin sadalanan oyunçuların da bir çox məqsədlərimizi əldə etməyi planladığımız yollarda bizlərə böyük kömək edəcəkləri düşünülür".

 

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər