Azərbaycan Kuboku: \"Xəzər Lənkəran\" və \"Qarabağ\" qalib gəldi
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
İnformator.az-ın məlumatına görə, \"Xəzər Lənkəran\" doğma meydanda \"Neftçi\"ni qəbul edib.
Azarkeşlər birinci hissədə darıxmayıblar. Belə ki, 19 dəqiqə ərzində meydan sahibləri iki dəfə fərqləniblər. Sonra qonaqlardan cavab qolları gəlib - 2:2.
Lakin ikinci hissədə cəmi bir qol qeydə alınıb. 52-ci dəqiqədə İbrahim Qədirzadənin qolu \"Xəzər Lənkəran\"a qələbə qazandırıb - 3:2.
\"Qarabağ\" isə \"Sumqayıt\"ı sınağa çəkib.
Oyunda ilk qol Ağdam təmsilçisindən gəlib - 52-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirib. 86-cı dəqiqədə Mahir Mədətov yekun hesabı müəyyənləşdirib - 2:0.
\"Zirə\" doğma meydanda \"Qəbələ\" ilə qarşılaşır.
