Azərbaycan kubokunda 5 komanda finala yüksəlib
"Elita təmsilçiləri üçün əsas məsələ mərhələni adlamaq idi və onlar minimum vəzifənin öhdəsindən gəldilər. Aşağı liqa klubuna uduzmaq bağışlanmaz olardı. Yəni, imici qorumaq mənasında hər ikisi üçün uğur sayıla bilər".
Bu sözləri idman jurnalisti, şərhçi Rövşən Binnətli "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, qabiliyyət ilk dəqiqədə vurulan qolla da əldə oluna bilər, son saniyələrdə fərqlənməklə də:
"Əsas oyun keyfiyyətinin yüksək olmasıdır. Yüksək liqanın debütantının oyununda bu cəhətdən problemlər aşkardır. “Kəpəz”in 6:1 hesablı qələbəsi kifayət qədər inamlı qələbədir, ancaq bu, göz qamaşdırmamalıdır. Gəncə klubunun çıxışında çatışmazlıqlar çoxdur. "Kəpəz"də məşqçi dəyişikliyi intensiv xarakterlidir. Komandanın qeyri-sabit oynaması, ilk növbədə, bu və idarəetmıdəki bu kimi yanlışlıqlarla bağlıdır".
Zəhra Möhübbətova
