00:00:00
Yazar
Admin User
16.01.2026 11:25 89 2 dəq oxuma
İdman

Azərbaycan Kubokunda maraqlı nəticə

Azərbaycan Kubokunda maraqlı nəticə

Basketbol üzrə Azərbaycan Kubokunda 2026-cı il mövsümünə start verilib. Kubok uğrunda mübarizəyə 1/8 final mərhələsinin oyunları ilə başlanılıb.

 

“1/8 finalın iki oyunu keçirilib. ‘Neftçi’–‘Lənkəran’ oyunu məlum məsələdir. O qədər də maraqlı oyun gözlənilməyib, elə də olub".

 

Bu fikirləri Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev “İnformator.az”a açıqlamasında deyib. O qeyd edib ki, “Neftçi” rahat qələbə qazanıb:

 

“1/8 finalın ən maraqlı oyunu ‘Quba’ və ‘Naxçıvan’ arasında olmalı idi. Proqnozlarımız bizi doğrultdu. Ötən gün çox gözəl oyun izlədik. Bakı İdman Sarayında Zaur Paşayev - komandanın oynayan məşqçisi sayəsində ‘Quba’ klubu dramatik oyunun sonlarında çox yaxşı oynayıb və ‘Naxçıvan’ üzərində qələbə qazanıb. ‘İnter’-‘Sumqayıt’ oyununda isə favorit məlumdur: ‘İnter’ komandasıdır. Məncə, sürpriz nəticələr görməyəcəyik, çünki ‘Neftçi’ rahat qələbə qazanıb".

 

Müsahibin sözlərinə görə, bütün oyunlara baxsaq, sürpriz nəticə “Quba”nın qələbəsi idi:

 

“Yeni mövsümdə federasiya üçün hədəflər yüksək səviyyəli liqanın sona qədər başa vurulmasıdır. Bu mövsüm Avrokuboklara gedəcək komandaların daha səviyyəli, güclü şəkildə ölkəmizi təmsil etməsidir. Bundan başqa, ‘3×3’ yarışlarda qadınlardan ibarət milli komandamızın uğurlu nəticə verməsidir. Məhz bu da əsas prioritetdir. Bir də gənclərdən, yeniyetmələrdən ibarət qız və oğlan millilərinin yay aylarında təşkil olunacaq Avropa çempionatlarında ‘B’ divizionunda uğurlu nəticələr göstərməsidir. Böyük şəklə baxsaq, bizim üçün əsas məsələ qızlarımızın uğurlu basketbol oynamasıdır. Əsas məqsəd 2028 Los Anceles Olimpiya Oyunlarına vəsiqə qazana bilməkdir".

 

Zəhra Möhübbətova



 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər