00:00:00
Yazar
Admin User
08.12.2025 18:13 96 2 dəq oxuma
İdman

Azərbaycan kubokunda son 13 ilin antirekordu

Azərbaycan kubokunda son 13 ilin antirekordu

Azərbaycan kubokunun 1/8 final mərhələsində məhsuldarlıq gözlənildiyindən aşağı olub. Səkkiz oyunda cəmi 19 qol vurulub və orta göstərici 2,375 təşkil edib. Bu, son 14 mövsüm ərzində qeydə alınan ən zəif nəticədir.


"Bu mövsüm komanda sayı Premyer Liqada artırılıb, 12-yə çatdırılıb".


Bu sözləri idman şərhçisi Elşən Məmmədov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, ⅛ finalda artıq o komandalardan bütün Premyer Liqa komandaları iştirak edib və üstəlik 4 dənə də 1-ci divizion komandası finala qalıb:

 

"Komandaların sayının artması və ⅛ finala lider komandaların vəsiqə qazanması finala böyük rəqabət vəd edib. Həqiqətən də qol sayının azlığı, məhsuldarlığın aşağı olması məhz bu rəqabətin nəticəsidir. Çünki artıq komandalar bir birinə ehtiyatlı çıxış ediblər. Bir-birinə qarşı açıq oyun sərgiləmək istəməyiblər. Çünki final mərhələsi bir oyundan ibarətdir. Yəni cavab görüşü yoxdur. ¼ finaldan sonra ev, səfər prinsipi başlayacaq. Həm ilk oyun, həm də cavab görüşü dörd dən başlayacaq. Amma ⅛ final cəmi bir oyun olduğuna görə, burada açıq futbol sərgiləmək bir az risklidir. Hər bir komanda ona görə ehtiyatlı oynayıb. Bir-birinə qarşı hücumu yox, daha çox müdafiəni fikirləşiblər, müdafiə futboluna daha çox önəm veriblər".


Müsahibimizin sözlərinə görə, oyunçular açıq oyuna yox, mübarizəli futbola üstünlük veriblər:

 

"Onun nəticəsində də məhsuldarlıq bir az aşağı olub. Bu isə komandaların səviyyələrinin artması ilə əlaqədardır. Yəni səviyyə artıb ki, onlar belə rəqabətdə oynayıblar. Düzdür, birinci liqa komandaların hamısı mübarizəni dayandırıb, amma hamısı uduzub dayandırıblar. Bircə birinci divizion komandalarının heç biri böyük hesabla uduzmayıb. Hamısı minimal fərq ilə məğlub olub. Ümumi hesablar arasında ən böyüyü "Qarabağ"ın oyununda, 3 xal ilə olub".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər