Azərbaycan milli komandası Şarja şəhərində!
Azərbaycanın qadın stolüstü tennisçiləri Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil olunan təlim-məşq toplanışına qatılıblar. Onlar burada beynəlxalq təcrübələrini artırmaq və qarşıdakı yarışlara daha yaxşı hazırlaşmaq məqsədilə iştirak ediblər.
"Biz Şarja şəhərində təlim-məşq toplantısında idik. Qadınlararası yığma komanda burada təlim-məşq toplantısına qatılıb".
Bu sözləri Azərbaycan Stolüstü Tennis üzrə milli komandanın baş məşqçisi Fərhad İsmayılov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, stolüstü tennis böyük məsafə tələb edir:
"Bu boş, böyük məsafəli sahələrin isə bir neçəsi Birləşmiş Ərəb Əmirliklərində də var. Yəni fərqli-fərqli üsullarla, raketkalarla oynayırlar. Ona görə də biz buradakı təlim-məşq toplantısına gəlmişik. Uşaqlar fərqli-fərqli idmançılarla məşq edirlər və gələn yarışlara hazırlaşırlar. Keçiriləcək Beynəlxalq yarışlara burada hazırlaşırlar. Qarşıda turnirlərində nəticəsinə təsir edə biləcəyi haqda bunu deyə bilərəm ki, bu bizim idmançılarımızın xeyrinə olacaq".
Zəhra Möhübbətova
