00:00:00
Yazar
Admin User
05.09.2025 18:20 138 1 dəq oxuma
İdman

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycan millisi airbadminton üzrə Avropa çempionatının yarımfinalına yüksəlib.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

 

B qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.

 

4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.

 

Komandamızın növbəti oyunu Niderland  kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib. 

 

Komanda 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gəlib. Badmintonçularımız oyun ərzində hesabda dəfələrlə geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirərək cütün müqəddəratını öz xeyrinə dəyişməyi bacarıb. Yekunda 60:59 hesablı qələbə qazanan millimiz yarımfinala yüksəlməklə Bolqarıstana rəqib olub. 


Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 6-sı, saat 18:00-da başlayacaq. Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər