00:00:00
Yazar
Admin User
14.10.2025 17:36 137 1 dəq oxuma
İdman

Azərbaycan millisi Şotlandiya ilə matçda 2 xal itirib

Azərbaycan millisi Şotlandiya ilə matçda 2 xal itirib

Azərbaycanın U-21 millisi Şotlandiya ilə matçda 2 xal itirib.


"İnformator.az" xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsində Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


O, məhsuldar heç-heçə bitən qarşılaşmanı şərh edib:


"Həqiqətən qarşılaşma bizim üçün çətin keçdi. Qələbəyə yaxın olsaq da, təəssüf ki, alınmadı. Son dəqiqələrdə buraxdığımız qol bizi məyus etdi. Futbolçular meydanda vuruşdular. Həqiqətən də çətin rəqibə qarşı mübarizə apardıq. Öz oyun planımızı həyata keçirməyə çalışırdıq. Hansı rəqibə qarşı çıxış etdiyimizi yaxşı dərk edirdik. Rəqib komandanın heyətində top klublarda çıxış edən futbolçular yer alır. Bu gün yığmamız 2 xal itirib”.


Qeyd edək ki, "Liv Bona Dea Arena"da keçirilən Azərbaycan - Şotlandiya oyunu 3:3 hesablı bərabərliklə başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər