Azərbaycan millisinə yeni baş məşqçi gətirilib
Azərbaycanın atletika üzrə milli komandasına yeni baş məşqçi təyin olunub.
"İnformator.az"ın "Teleqraf"a istinadən məlumatına görə, bu vəzifəyə əməkdar məşqçi Tofiq Əliyev gətirilib.
Qeyd edək ki, 72 yaşlı Tofiq Əliyev daha öncə yığma komandamızın sprint üzrə böyük məşqçisi olub.
