00:00:00
Yazar
Admin User
04.02.2015 08:39 432 1 dəq oxuma
Sosial

Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub.

Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil 1 fevral-14 iyun tarixlərini əhatə edəcək
Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub.
Bu il Azərbaycan məktəblərində dərslər vaxtından əvvəl başa çatacaq.
 
Azərbaycan məktəblərində “Son zəng” tədbirinin keçiriləcəyi vaxtın dəyişdirilməsi nəzərdə tutulub.
 
Bu il mayın 31-i bazar gününə düşdüyündən, “Son zəng” tədbirlərinin vaxtında dəyişiklik ediləcək. Azərbaycanda tədris həftəsi 5 günlük olan orta məktəblərdə “Son zəng”in mayın 29-da, tədris həftəsi 6 günlük olan orta məktəblərdə isə mayın 30-da çalınacağı ehtimalı var.
 
Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərs məşğələləri bir qayda olaraq sentyabrın 15-də başlayıb və mayın 31-də başa çatıb. Nazirlər Kabinetinin Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikliyə əsasən, gələn tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr-26 yanvar, ikinci yarımil 1 fevral-14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər