Azərbaycan neftinin qiyməti 36 dollar olub
\"Azeri LT CIF\" markalı neftin bir barelinin qiyməti 35,98 dollara bərabərdir
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı \"Azeri LT CIF\" markalı xam neftin bir barelinin qiyməti 1,59 dollar yaxud 4,62% bahalaşıb.
İnformator xəbər verir ki, hazırda \"Azeri LT CIF\" markalı neftin bir barelinin qiyməti 35,98 dollara bərabərdir.
Xatırladaq ki, \"Azeri LT CIF\" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
