00:00:00
Yazar
Admin User
21.10.2023 08:44 319 1 dəq oxuma
Sosial

Azərbaycan öz potensialı hesabına günü-gündən çiçəklənir, inkişaf edir

Azərbaycan öz potensialı hesabına günü-gündən çiçəklənir, inkişaf edir

“Azərbaycan torpaqlarının işğaldan azad edildiyi zaman kəsiyindən bu vaxta qədər bütövlükdə həm Qarabağ, həm də Şərqi Zəngəzurun iqtisadiyyatında misli görülməyən bir miqyasda işlər həyata keçirilib”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib. Onun sözlərinə görə, inşa edilən hava limanlarını nəzərə alsaq, bu prosesin üç illik zaman kəsiyinə sığmadığını görə bilərik.

 

“İnfrastruktur layihələri, eyni zamanda böyük qayıdış planının bir hissəsi, Zəngilan rayonunda da həyata keçirilir. Azərbaycanın bütün digər bölgələri kimi bu rayon da həm coğrafi mövqeyinə görə strateji əhəmiyyətə malikdir, həm də gələcəkdə həyata keçiriləcək regional və qlobal layihələrin gerçəkləşəcəyi bir ərazidir”.

 

Elçin Mirzəbəyli deyir ki, biz ilk olaraq Zəngilan rayonunda həyata keçirilən "Ağıllı kənd" layihəsini, Ağalı kəndinə insanların qayıdışını nəzərə alsaq, bütövlükdə işğaldan azad edilən ərazilərimizin bir modeli kimi bu kənddə həyata keçirilən bütün layihələri diqqətdən keçirsək, mahiyyət etibari ilə nə qədər böyük bir iş görüldüyünün şahidi olarıq.

 

“Bütün digər torpaqlarımız kimi, qəhrəmanlarımızın rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti sayəsində işğaldan azad etdiyimiz ərazilər bütün dünyanın gözü qarşısında Azərbaycan dövlətinin, Azərbaycan xalqının öz potensialı hesabına çiçəklənir, inkişaf edir. Təkcə, Cənubi Qafqaz üçün deyil, bütövlükdə daha böyük bir subregion üçün quruculuq potensialımızın nümunəsini yaradır”.

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər