00:00:00
Yazar
Admin User
09.02.2026 15:34 50 2 dəq oxuma
Dünya

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüş zamanı müdafiə, təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirir ki, Pakistan Azərbaycanın strateji müttəfiqlərindən biridir və iki ölkə arasında artıq yüksək səviyyəli münasibətlər sistemi formalaşıb:

 

“Bakı və İslamabad beynəlxalq platformalarda bir-birini ardıcıl şəkildə dəstəkləyir və bu əməkdaşlıq hərbi təhlükəsizlik sahəsində də tərəfdaşlıq mərhələsinə yüksəlib. Hazırda Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində real addımlar atılır. Xüsusilə, Azərbaycanın Pakistan hərbi-sənaye kompleksində istehsal olunan texnikaya maraq göstərməsi bu prosesin praktik xarakter daşıdığını göstərir. Pakistandan döyüş təyyarələrinin alınması ilə bağlı səslənən məlumatlar da təsadüfi deyil və hərbi əməkdaşlığın dərinləşdiyini göstərir. Azərbaycan-Pakistan münasibətləri yüksələn xətt üzrə inkişaf edir və bu proses regional təhlükəsizlik balansına da təsirsiz ötüşmür. Pakistanın Türkiyə ilə, Azərbaycanın isə həm Türkiyə, həm də Pakistanla strateji tərəfdaşlığı üç qardaş ölkə arasında ortaq hərbi-siyasi xəttin formalaşmasına imkan yaradır”.

 

Politoloq əlavə edib ki, hazırda Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında hərbi sahədə yeni anlaşmaların müzakirə edilməsi regional miqyasda yeni güc mərkəzinin yaranması ehtimalını artırır:

 

“Bu əməkdaşlıq perspektivdə NATO-ya alternativ xarakter daşıyan hərbi platformaya çevrilə bilər. Azərbaycanın Türkiyə və Pakistanla strateji tərəfdaşlığını nəzərə alsaq, Bakının bu cür regional hərbi ittifaqlarda iştirak imkanları kifayət qədər realdır. Bu, Azərbaycanın qlobal miqyasda təsir imkanlarını genişləndirə və ölkənin təhlükəsizlik arxitekturasını daha da gücləndirə bilər. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişafı yaxın perspektivdə hər iki ölkə üçün yeni strateji imkanlar və daha geniş təhlükəsizlik pəncərəsi açır”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər