Azərbaycan paralimpiyaçısı Dünya Kubokunda mübarizə aparacaq
Azərbaycan paralimpiyaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək boccia üzrə Dünya Kubokunda mübarizə aparacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İdmançımız BC2 kateqoriyasında çıxış edəcək.
Qeyd edək ki, Dünya Kuboku sentyabrın 3-dən 6-na qədə təşkil olunacaq.
