Azərbaycan paralimpiyaçısı dünya reytinqində liderliyini davam etdirir
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) dünya reytinqində liderliyini davam etdirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, bir ölkənin bayrağı iki peşə üçün qalxır, biri əsgər üçün, biri də idmançı üçün:
“Bizim əsgərimiz 44 günlük müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edərək öz işinin öhdəsindən artıqlaması ilə gəldi və bayrağımızı Qarabağın bütün nöqtələrində qaldırmağı bacardı və buna görə biz daima əsgərimizə minnətdar olacağıq. Bayrağı qaldıran ikinci peşə sahibi isə idmançılardır və idmançılarımız bu günə qədər bu işin öhdəsindən layiqincə gəlirlər. Avropa, dünya çempionatları, Olimpiya Oyunları, Paralimpiya Oyunları, müxtəlif Qran prilər. Beynəlxalq oyunlarda idmançılarımız yüzlərlə, minlərlə medal qazanaraq ölkəmizi layiqincə təmsil edirlər, bayrağımızı yüksəldirlər, himni, himnimizin səsləndirilməsinə nail olurlar. Bir sözlə, ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan idman ölkəsidir. Bunu artıq bütün bu mülahizə deyil. Bu faktı Azərbaycanda demək olar ki, bütün idman növləri üzrə müxtəlif yarışlar keçirilib, multioyunlar keçirilib, Dünya Avropa çempionatı keçirilib. Yəni Azərbaycan idman ölkəsidir. Azərbaycanda idmana çox böyük diqqət və qayğı nümayiş etdirilir. Bu idmanın içində paralimpiya idman növü də var. Paralimpiya əslində idmandan daha çox mənəvi xüsusiyyətləri ilə, mənəvi tərəfi ilə ön plana çıxır. Çünki cəmiyyət fiziki təkcə fiziki cəhətdən sağlam olan insanlardan ibarət deyil. Çox təəssüf ki, belə şey olur. Çox təəssüf ki, insanlar fiziki cəhətdən problemləri olan, fiziki cəhətdən çatışmazlığı olan insanlar da var və dövlətin də, Azərbaycan dövlətin də bu işin üzərində olan məsuliyyətlərdən biri də həmin insanları cəmiyyətimizə normal şəkildə inteqrasiya etməkdir. Azərbaycan dövləti, hakimiyyəti, hökuməti bu işin öhdəsindən artıqlaması ilə gəlir. Yəni bütün idmançılar paralimpiyaçılar bütün idmançıların fiziki cəhətdən çatışmazlığı olan olmayanlardan asılı olmayaraq bu dövlətə xidmət etdiyini, bu, ölkəmiz üçün vətənimiz üçün yarışdığını hiss edirlər. Paralimpiyaçıların idmana inteqrasiya edilməsi, həm cəmiyyətdəki ruhun yüksəldilməsi, fiziki cəhətdən problemləri olan həyatı onlar üçün həyatın bitmədiyini göstərmək baxımından çox böyük əhəmiyyət daşıyır. Onlar bilirlər ki, belə problemlər olsa da, Azərbaycan xalqı, onların arxasında da Azərbaycan dövləti onların arxasındadır. Ona görə də bu yarışlara çox böyük şövqlə qatırlar, istəklə qatırlar. Paralimpiya idman növlərində qazandığımız uğurlar da məhz bunun nəticəsidir. Təsadüfi deyil, Paralimpiyaçılarımız istənilən Olimpiya oyunlarında uğur əldə edirlər, nəticə əldə edirlər. İmaməddin Xəlilov kimi tekvondoçumuz da, bu tekvondoçumuzu da bu sıraya aid eləmək olar. O, çox yaxşı, bacarıqlı idmançıdır və hətta bu gedişlə daha çox uğurlar qazanacağı görünür“.
Reyhan Quliyeva
