00:00:00
Yazar
Admin User
15.10.2025 17:40 120 1 dəq oxuma
İdman

Azərbaycan Premyer Liqasında rəqabət artır: “Qarabağ”ın üstünlüyü və digər klubların yüksəlişi

Azərbaycan Premyer Liqasında rəqabət artır: “Qarabağ”ın üstünlüyü və digər klubların yüksəlişi

Hazırda Azərbaycan futbolunda ən fundamental və uzunmüddətli təsir göstərəcək məsələlərdən biri APL-in rəqabət mühitinin güclənməsidir. Bir tərəfdən, “Qarabağ”ın Avropada uğurları liqanın beynəlxalq imicini artırır, digər tərəfdən isə daxili rəqabətdəki fərqi daha da dərinləşdirir. Bununla yanaşı, “Sabah”, Zirə”, “Neftçi” kimi klubların ardıcıl olaraq Avrokuboklara vəsiqə qazanması ümumi keyfiyyəti yüksəldir.

 

Futbol mütəxəssisi Emil Yusubov “İnformator.az”a açıqlamasında bildirib ki, “Qarabağ”ın həm daxili arenada, həm də Avropada dominantlığı danılmazdır:

 

“Ağdam klubunun uğurları liqamızın beynəlxalq imicini gücləndirir, topladığı reytinq xalları isə digər klubların Avrokubok şanslarını artırır. “Qarabağ” bu gün Azərbaycan futbolu üçün inkişaf lokomotividir, lakin digər klublar da bu tempə çatmasa, liqa birqütblü qalacaq Rəqabətin artması üçün stabillik, uzunmüddətli strategiya və maliyyə sabitliyi vacibdir. “Zirə” bu istiqamətdə nümunəvi idarəetmə göstərir, “Sabah” və “Neftçi” də bu yolda irəliləyir. Gənc oyunçu yetişdirib satış modeli kimi addımlar uğura aparan yoldur. Liqanın daha ədalətli olması üçün yayım gəlirlərinin və UEFA vəsaitlərinin şəffaf bölünməsi, klubların Akademiya və infrastruktur tələblərinin sərtləşdirilməsi, gənc futbolçulara dəstək bonuslarının tətbiqi zəruridir. Məqsəd — APL-i təkcə “Qarabağ”ın deyil, bütün klubların rəqabətli inkişafı ilə ölçülən bir liqaya çevirməkdir”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər