00:00:00
Yazar
Admin User
20.08.2025 06:29 136 1 dəq oxuma
İdman

Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşıb

Azərbaycan "Qarabağ"ın qələbəsi sayəsində Ukraynaya yaxınlaşıb

Azərbaycan UEFA reytinqində Ukraynaya yaxınlaşıb.


"İnformator.az" xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda "Ferentsvaroş"a qalib gəlməsi sayəsində mümkün olub.


"Köhlən atlar" ölkənin aktivinə daha 0,250 əmsal yazdırıb. Azərbaycan (19.500) 28-ci, Ukrayna (19,725) 27-ci pillədə qərarlaşıb. Bolqarıstan (18.375) 29-cu sıradadır. Ukrayna və Bolqarıstanın avrokuboklarda üç, Azərbaycanın isə bir təmsilçisi qalıb. Qeyd edək ki, "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə üstələyib. UEFA reytinqinə 94.839 əmsalla İngiltərə başçılıq edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər