Azərbaycan qılıncoynadanları bürünc medal qazanıblar
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
"İnformator.az" xəbər verir ki, azərbaycanlı idmançılar Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Hüsnəddinovdanibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə Rusiya komandasına rəqib olansablyaçılarımız 32:45 hesabı ilə uduzub və bürün mükafata sahib çıxıb.
