00:00:00
Yazar
Admin User
16.12.2024 13:29 426 1 dəq oxuma
Media

Azərbaycan Radiosu: Tarix, ənənə və müasirlik

Azərbaycan Radiosu: Tarix, ənənə və müasirlik

Dekabrın 16-da Bakı Dövlət Universiteti Jurnalistika fakültəsində Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi, elmlər doktoru Sevil Həsənovanın "Azərbaycan Radiosu: Tarix, ənənə və müasirlik" adlı elmi seminarı baş tutdu.

Tədbiri giriş sözləri ilə televiziya tənqidçisi, publisist, BDU-nun professoru Qulu Məhərrəmli açdı. Sevil xanımın qeyri-adi yanaşmasından söhbət açaraq, onun zəngin arxiv matereallarından istifadə etdiyini vurğuladı.

Növbəti olaraq Sevil Həsənova çıxış edərək radionun kiçik sehirli qutu rolunu oynadığını söylədi. O vurğuladı ki, Azərbaycan radiosu bir məktəbdir.

Elmi-seminarın gedişində ənənə ilə müasirliyin vəhdətinə nəzər salmaq üçün video-çarx təqdim edildi.
Ardınca professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr edilən kiçik sənədli film nümaiş edildi.
Sonda xatirə fotosu çəkildi.

Banuçiçək Kalbalıyeva
Aytac Kərimova
Aysel Ağakərimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər