Azərbaycan reinteqrasiya prosesini uğurla həyata keçirir
24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini bərpa edən Azərbaycan növbəti mərhələ olaraq Qarabağda yaşayan ermənilərin cəmiyyətə reinteqrasiyası prosesinə start verib. Artıq bununla bağlı ciddi addımlar atılıb və atılmaqdadır. Azərbaycanın bəzi dövlət qurumları Xankəndidə fəaliyyətə başlayıb, xeyli humanitar yardım yola salınıb. Bütün bunlar isə rəsmi Bakının reinteqrasiyasa prosesinə, birgəyaşayışa necə əhəmiyyət verdiyini sübut edir.
Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır. Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağın erməni sakinlərinə göstərdiyi yardım və sosial xidmətlərlə bağlı statistikanı paylaşıb. Məlum olub ki, antiterror tədbirlərindən sonra senyabrın 22-də erməni sakinlərə 40 ton məhsul olan 2 yük maşını yollayıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub. Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb.
Sentyabrın 25-də Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib. Bir gün sonra 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 98 ton benzin, 50 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su və 40 ton un göndərilib. Partlayışla bağlı Xankəndiyə Fövqəladə Hallar Nazirliyinin 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərilib və hadisənin qarşısı alınıb. Həmçinin Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərinin hərəkəti üçün açılıb. Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən Laçın sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus göndərilib. Qarabağda qalmağı qəbul edən erməni sakinlərin reinteqrasiyası üçün ilkin sənədləşmələr aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının Xankəndidə fəaliyyəti təmin edilib. TƏBİB Xankədində tibbi xidmətlərinin təşkilini həyata keçirib. Bütün bunlar rəsmi Bakının reinteqrasiya prosesinə necə əhəmiyyət verdiyini sübut edir.
Siyasi şərhçi Yeganə Hacıyeva deyir ki, Azərbaycanın etnik erməni, Qarabağdan olan sakinləri Azərbaycan dövlətində inteqrasiya etməyə çalışmasıs evindirici haldır: “Azərbaycan passport almağa çalışır. Azəbaycanın dövlət qurumları ilə təmaslara girir. Və bu təmaslarda da özləri üçün gələcəklərini sığorta altına alırlar”.
Bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası bir çox qanunsuz əməlin üstünü açıb. Aylarla aclığı, blokadanı imitasiya edən separatçılar Xankəndidə böyük ərzaq tədarükü görürmüş. Xankəndidə anbarların ərzaqla dolu olmasını əks etdirən kadrlar əslində separatçı rejimin "aclıq", "humanitar böhran" miflərindən istifadə etdiyini ortaya çıxarıb.
Həm Ermənistandan, həm bütün denyadakı erməni diasporalarından, həm fərqli dövlətlərdən ora humanitar yardımlar getdiyini vurğulayıb:
“Ona görə də həmin ərazilərdə hansısa humanitar katastrofa, çox böyük əziyyət yaşada biləcək qida qıtlığı ola bilməzdi. Bu tamamilə absurt idi. İndi də həmin ərzaqların üzə çıxması bir daha sübut etdi ki, qondarma rejim bütün dünyaya aclıq propoqandası aparır”.
Separatçı rejimin ləğv olunmasından sonra Qarabağ erməniləri arasında da reinteqrasiya prosesinə qoşulanlar var. Belə ki, Qarabağda yaşayan 7 erməni sakin Azərbaycan vətəndaşlığı almaq üçün Dövlət Miqrasiya Xidmətinə Xankənidə fəaliyyət göstərən əməkdaşlarına müraciət ediblər.
