Azərbaycan Respublikasının Əməkdar artisti
Aktyor sənəti teatr və kino yaradıcılığının əsas dayaqlarından biridir. Bu sənət həm estetik, həm psixoloji, həm də texniki bacarıqların vəhdətini tələb edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan milli gənc tamaşacılar teatrının quruluşçu rejissoru Nicat Kazımov bildirib ki, aktyorluqda istər kinoda, istərsə də filmlərin oynanılmasında böyük fərq yoxdur və prinsiplər eynidir:
“Teatrın özündə üslubdan fərqli olaraq, oyun texnikası bir qədər fərqlənir yəni hər üslubun özünün oyun texnikası var. Bu onun janrlarından və.s asılıdır. Eynən filmdə də janr çox önəmlidir və həmin janra uyğun olmalıdır.Bəzi hallarda olur ki xüsusilə, filmlərdə bir filmin içində müxtəlif aktyorlar, müxtəlif üslublarda oynayırlar ,bu böyük səhvdir.Ya bu cür etmək olmaz,ya da ki tamaşaçı anlamalıdır ki, rejissorun ideyası eklektik oyun tərzi göstərmək olub,yəni hər bir personaj və ya hər hansı hissədə aktyorlar oyun maneralarını dəyişirlər. Bu cür olduqda isə qəbul olunandır əks halda bu rejissorun qeyri-peşəkarlığından xəbər verir.
Aktyor sənətinin əsas prinsipləri düşünürəm ki, ilk növbədə dsiplin.Hər hansı bir obrazı yaratmaqdan ötrü aktyor həmin obrazın münasibətlərini özü üçün müəyyənləşdirməli və mənimsəməlidir. Bu münasibətlər hansılardır?
İki cür münasibət var: səhnə həyatına qədər olan münasibətlər yəni tamaşaçının gözünün qarşısında baş verməyən artıq keçmişdə qalan. Misal üçün bu obraz insandır. O harada doğulub,hansı ailədə anadan olub, harada təhsil alıb yəni onun bu günə qədər olan həyat hekayəsidir ki, bunu aktyor əsərdən çıxış edərək özü üçün uydurur və xarakter müəyyənləşir.Tamaşa başlayandan sonra və yaxud filmin içində münasibətlər orada onun başına gəlir, kimlə münasibəti nədir,çünki şəxsiyyəti bizim keçdiyimiz həyat yolu formalaşdırır.Bunları müəyyən etdikdən sonra obrazın bütün incəliklərini tapdıqdan sonra obraz özü diqtə edir ki,sən səhnədə bunu edə bilərsən və yaxud edə bilməzsən. Bu prosses olduqca uzun çəkir və riyazi dəqiqlik tələn edir. Səhnədə aktyor rəyi istədiyi nöqtədə dayana bilməz hətta səhnədə profil,anfas dayanmağın özünün də tamaşaçıya emosional təsiri olur. Biz emosional təsirlər üzərində işləyirik. Əsas prinsiplər qısa desək bunlardır və təbii ki,öz peşəni sevmək.
Emosionallıqda, bədən dilində də kino daha kiçik oyun tələb edir.Nəzərinizə çatdırım ki,teatr aktyorları kino da daha uğurlu çıxış edirlər. Yalnız bir fərq var teatrda aktyordan daha böyük oyun tələb olunur, kinoda isə daha kiçik və təbii. Başqa aspektdən baxsaq,teatrda sənin səhv etmə ixtiyarın olmadığı kimi həm də bu cür köməyin var ki,hadisələr tamaşaçının gözü qabağında inkişaf edib hansısa inkişaf mərhələsinə çatır. Kinoda isə hissə-hissə çəkildiyinə görə sənin o prossesi keçməyə imkanın olmur və birdən-birə gərgin hissəni oynamalı olursan bu da kinonun çətin tərəfidir, ancaq səhv etsən də yenidən çəkmək imkanın var rejissoru qane edənə qədər. Teatrda bu imkan yoxdur səhv etdinsə, səhvini hamı görəcək”.
Ədilə Hüseynzadə
