00:00:00
Yazar
Admin User
27.07.2023 10:01 233 2 dəq oxuma
Sosial

Azərbaycan sərhəddindən güclə keçmək istəyənlərə adekvat cavab veriləcək

Azərbaycan sərhəddindən güclə keçmək istəyənlərə adekvat cavab veriləcək

Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan erməni icmasına Azərbaycandan heç bir izn almadan 400 ton humanitar yardım göndərib. Azərbaycanın hüdudlarını qoruyan DSX düzülən kolonun nümayişkaranə şəkildə növbəti təxribat əməli kimi dəyərləndirib. Əlavə olaraq, bəyanat yayaraq Laçın sərhəd buraxılış məntəqəsində baş verə biləcək mümkün təxribata görə Ermənistanın məsuliyyət daşıdığını açıqlayıb.


Hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, bu dırnaqarası humanitar yardım təşəbbüsünün təxribat adlandırılması əsassız deyil. Çünki Ermənistanın Azərbaycan sərhədçilərinə qarşı silahlı hücumundan sonra “Laçın” postu bağlanıb. Qarabağdakı erməni icması qida çatışmazlığının yaşandığını bildirsə də, Bakının Ağdamdan istənilən qida və digər məhsulları tədarük etmək təklifini rədd edir. Əvəzində Ermənistan Azərbaycanın razılığı olmadan “humanitar yardım” adı ilə separatçılara tədarük göndərir: “DSX ermənilərə atəş açmır, təhlükəsizdir. Ona görə də onların planı pozulur. Indi bu planın davamını gətirmək üçün bu addımlara əl atmalıdırlar. DSX rəhbərliyinin də münasibəti bildirildi ki, sərhədimizdən kim güc vasitəsilə keçmək istəsə, adekvat cavab veriləcək”.


Digər tərəfdən İrəvanda ermənilər qondarma rejimi ürəkləndirmək üçün aksiyalar keçirmələrinə baxmayaraq hakimiyyətdən adekvat dəstəyi görmürlər. Xankəndi də yardım üçün gözlərini Ermənistana dikib. Ötən gün keçirdikləri aksiyanın Ermənistan himni ilə başlaması bunun bariz nümunəsidir. Bir daha xatırlatmaq yerinə düşər ki, rəsmi Bakı Azərbaycanın sərhədləri daxilində yaşayan digər etnik azlıqlar kimi, ermənilərin də təhlükəsizliyinə zəmanət verdiyini, humanitar ehtiyaclarını qarşılamağa hazır olduğunu açıqlayıb.

Tamilla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər