Azərbaycan Texniki Universitetində “Ekoloji Aksiya”
“Bir” Tələbə - Könüllü Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) tələbə, müəllim və əməkdaşların iştirakı ilə “Ekoloji Aksiya” kerçirilib. 300-dən çox tələbənin qatıldığı aksiyada məqsəd ətraf mühitin qorunması və dövlətin ekoloji siyasətinə dəstək olmaqdır.
Aksiya çərçivəsində 300 ağacın gövdəsi əhənglə ağardılıb və təxminən 2 hektara (ha) yaxın ərazi tikinti tulantılarından təmizlənib. Bununla yanaşı tələbələr Universitetin həyətində 50 ədəd sərv ağacı da əkiblər.
Qeyd edək ki, “Bir” Tələbə-Köüllü proqramı tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onların müxtəlif tədbir və təlimlərdə iştirakının təmin edilməsini nəzərdə tutan bir layihədir. Proqramın 6 istiqaməti var: “Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al”.
Tələbələrin Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən Ali təhsil müəsisələrində həyata keçirdiyi “Ekoloji Aksiya” “Bir” Tələbə - Könüllü Proqramının “Yaşa” istiqamətinə əsasən realaşdırılır.
