00:00:00
Yazar
Admin User
22.09.2023 18:24 447 2 dəq oxuma
Sosial

Azərbaycan tolerantlığını, multikulturalizmini bir daha göstərdi

Azərbaycan tolerantlığını, multikulturalizmini bir daha göstərdi

Bakı Qarabağın erməni əhalisi üçün ərzaq yükü göndərib. Yüklərin içərisində gigiyenik vasitələr və ərzaq məhsulları mövcud olub və 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərinə göndərilib.


Milli Məclisin üzvü Ceyhun Məmmədov bu addımı Azərbaycanın insanpərvərliyinin, zəngin ənənələrinin, həqiqətən də qüdrətli olduğunun nümunəsi kimi hesab edir:

 

"Bununla Azərbaycan öz böyüklüyünü, tolerantlığını, multikulturalizmini növbəti dəfə göstərdi. Bu həqiqətən böyük hadisədir, qələbədir. Azərbaycan sona qədər mübarizə edərək öz istəklərinə nail oldu".

 

Siyasi analitik Elməddin Behbud da öz fikirlərini informator.az saytı ilə bölüşüb. O, Azərbaycan dövlətinin bununla bağlı dəfələrlə təklif irəli sürdüyünü deyir.

 

"Azərbaycan dövləti ötən 3 il ərzində ən ali səviyyələrdə və dəfələrlə Qarabağda yaşayan erməni sakinlərimizin humanitar ehtiyaclarının, o cümlədən də qida tələbatının qarşılanması ilə bağlı tələb və təkliflərini irəli sürüb. Bunun üçün 20 sentyabradək hərbi xuntanın bağlı saxladığı Ağdam-Xankəndi yolunun açılmasının vacibliyini bildirib. Qızıl Aypara Cəmiyyəti 29 avqustdan etibarən Ağdamda gözləyən 40 ton qidanın Xankəndi və ətraf ərazilərə göndərilməsi üçün adıçəkilən yolun açılmasına çağrış edib. Ancaq təəssüflər olsun ki, Ermənistan və onun Qarabağdakı uzantısı olan cinayətkar dəstə buna mane olurdu. 19-20 sentyabr antiterror əməkiyyatından sonra isə tamami ilə yeni vəziyyət yaranıb. Hərbi xuntanın döyüş mövqeləri, təminat bazaları və sursat anbarlarının bir çoxu məhv edildiyindən düşmən təslim olmağa məcbur oldu. Bu cəhətdən hazırda Ağdam-Xankəndi yolundakı əvvəlki maneələr mövcud deyil. 21 sentyabrda Yevlaxda Azərbaycan dövlətinin nümayəndəsi ilə keçirilən görüşdə erməni sakinlər yanacaq və qida təminatı ilə bağlı rəsmi Bakıdan xahişlər ediblər. Azərbaycan dövləti də bunu müsbət qarşıladı və bu gün müraciətin praktik şəkildə cavablandırılması üşün müvafiq addımlar atdıBu gün Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobili Ağdam rayonundan Xankəndi yola salıb".


Elməddin Behbud hesab edir ki, bu ilk humanitar yükün Qarabağın erməni sakinlərinə göndərilməsi Azərbaycan dövlətinin Ermənistanın işğalçılıq siyasəti səbəbindən 35 il müddətində onun nəzarətindən kənarda qalan ərazidə yaşayan insanlara humanist münasibətinin, eyni zamanda reinteqrasiya prosesinin başlanması istiqamətində qətiyyətli və sabitfikirli olmasının göstəricisidir.


Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər