00:00:00
Yazar
Admin User
17.02.2016 07:09 351 1 dəq oxuma
Sosial

Azərbaycan Universitetində yeni fakültə yaradılıb

Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.
Azərbaycan Universitetində yeni fakültə yaradılıb

Azərbaycan Universitetində “İnformasiya-kommunikasiya texnologiyaları” fakültəsi yaradılıb. Universitetin mətbuat xidmətindən İnformator.az-a verilən məlumata görə, kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, Riyaziyyat və informatika müəllimliyi ixtisasları yeni fakültəyə birləşdirilib.

Fakültənin qarşısında duran əsas vəzifələr qeyd olunan sahələrdə xarici tərəfdaş universitetlərlə birgə kadr hazırlığı və ikili diplom proqramlarının həyata keçirilməsi; sənaye - xidmət müəssisələri və texnoparklarla əməkdaşlığın gücləndirilməsi; elektronik laboratoriyanın fəaliyyətinin təşkili; tələbələrin İT layihələrinə cəlb olunmasıdır.

Elmi şuranın qərarı ilə universitetdə idarəetmənin təkmilləşdirilməsi məqsədiylə bəzi struktur dəyişiklikləri və yeni təyinatlar da olub. Belə ki, “İqtisadiyyat və idarətmə” və “Biznes” fakültələri birləşdirilərək “Biznes və İqtisadiyyat” fakültəsi yaradılıb. “Sosial işin təşkili və idarə olunması” və “Biznes inzibatçılığı” kafedraları isə ləğv olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər