00:00:00
Yazar
Admin User
06.02.2026 11:01 44 1 dəq oxuma
Dünya

Azərbaycan üzərindən Ermənistana daha iki növ məhsul daşınacaq

Azərbaycan üzərindən Ermənistana daha iki növ məhsul daşınacaq

Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlərin bərpası çərçivəsində yük daşımaları ilə bağlı növbəti addım atılır. 

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

 

Onun sözlərinə görə, hazırda daha iki növ məhsulun Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gətirilməsi üçün danışıqlar aparılır:

 

"Müzakirələr konkret olaraq bu malların idxalı imkanlarının açılmasına yönəlib. Söhbət birbaşa tranzitdən, yəni yüklərin Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılmasından gedir".


Qeyd edək ki, hələlik söhbətin hansı konkret məhsullardan getdiyi və daşımaların hansı marşrutla həyata keçiriləcəyi barədə təfərrüatlar açıqlanmayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər