00:00:00
Yazar
Admin User
06.01.2026 16:05 62 1 dəq oxuma
Dünya

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunub

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunub

Son bir ildə Gürcüstandan deportasiya edilən xarici vətəndaşların ümumi sayı 1311 nəfər təşkil edib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Yeni ilin ilk günlərində isə Gürcüstandan 13 xarici vətəndaş deportasiya olunub.

 

Kompleks tədbirlər çərçivəsində qonşu dövlətdən deportasiya edilənlər arasında Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycan vətəndaşları var.

 

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana girişi qadağan edilib. Ölkədən çıxarılmış əcnəbilərin iki ildən beş ilə qədər Gürcüstana girişi qadağandır. Bu qadağa könüllü olaraq ölkəni tərk edən əcnəbilərə şamil edilmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər