00:00:00
Yazar
Admin User
23.12.2025 09:30 87 1 dəq oxuma
İdman

Azərbaycan Yüksək Liqalarında legioner limitinin dəyişdirilməsi planlaşdırılır

Azərbaycan Yüksək Liqalarında legioner limitinin dəyişdirilməsi planlaşdırılır

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında legioner limitinin dəyişdirilməsi planlaşdırılır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

 

Bildirilib ki, klubların heyətində yerli voleybolçuların oyun təcrübəsi əldə etməsi, yeni nəsil voleybolçuların daha tez inkişaf etməsi və gənc, yerli idmançılara tələbatın yaranması məqsədilə ötən mövsümdən etibarən əcnəbi oyunçuların həm transferləri, həm də meydanda olması ilə bağlı limitlər tətbiq edilir:

 

“Hazırda klubların sifariş vərəqələrində ən çoxu 6, meydanda isə ən çoxu 5 əcnəbi voleybolçu iştirak edə bilər. Bu limitin növbəti mövsümdə artırılması planlaşdırılır”. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər