00:00:00
Yazar
Admin User
11.10.2023 19:04 562 2 dəq oxuma
Sosial

Azərbaycana turist axını artıb

Azərbaycana turist axını artıb

Bu il Azərbaycana gələn əcnəbilərin sayında artım müşahidə edilir. Xüsusilə, Şimal-Şərqi Asiyadan Azərbaycana gələnlərin sayı artıb. Statistikaya əsasən, bu il ölkəyə gələnlərin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 32% artıb.

Turizm üzrə ekspert Ceyhun Aşurov İnformator.az-a açıqlamasında qeyd edir ki, ilk 8 ayın statistikasına əsasən, əvvəlki il ilə müqayisədə Azərbaycana gələn əcnəbilərin sayı təxmini olaraq 34% artıb.

"Gələnlərin arasında ərəb ölkələrindən olanların sayı azalsa da, Şərqi Asiya ölkələrindən gələnlərin sayında isə artım müşahidə edilib. Bu artımın səbəbi dünyada pandemiyadan sonra məhdudiyyətlərin aradan qalxmasıdır. Çünki bildiyimiz kimi, Uzaq Şərq ciddi məhdudiyyətlərə, qapanmalara daha çox məruz qalan, səyahətlərin dayandırıldığı, sərhədlərin açılmadığı region idi. Son dövrlər orada yığılan tələbat nəticəsində qapanma dövründən sonra insanlar dünya səyahətlərinə yenidən başladılar. Keçən il dünya turizm bazarı 60%-ə yaxın, bu il isə ekspertlərin fikirlərinə görə, təxminən 80% dünya turizm bazarı bərpa ediləcək".

Ceyhun Aşurov əlavə edir ki, bu ilin ilk 8 ayının statistikasına əsasən, 1 300 000 -dən çox əcnəbi,vətəndaşlığı olmayan şəxs gəlib.

İqtisadçı ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycana gələn turistlərin sayı ilə yanaşı Azərbaycandan gedənlərin də sayında artım var. 
"2021-2022-ci illərdə iqtisadiyyat tədricən açılırdı,2023-cü ildə isə demək olar ki, pandemiya ilə bağlı ciddi məsələ müşahidə olunmayıb. Sərhədlərin açılması,işgüzar mühitin yaxşılaşması ilə həm ölkəyə gələnlərin,həm də ölkədən gedənlərin sayı artıb"

Ekspert əlavə edir ki,turist sayının artması maddi cəhətdən də müsbətdir ki, bizim turizm obyektlərimizdə istirahət edirlər.

Qeyd edək ki,bu ilin 9 ayı ərzində isə ölkəyə gələnlərin sayı 1 536 375 nəfər təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 32% çox olub.

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər