00:00:00
Yazar
Admin User
18.11.2023 10:05 389 1 dəq oxuma
Sosial

Azərbaycanda bəzi dövlət qurumları niyə ləğv edilir?

Azərbaycanda bəzi dövlət qurumları niyə ləğv edilir?

“Dövlət idarəetmə strukturunda aparılan islahatlar kompaniya xarakterli deyil, mütəmadi surətdə davam etdirilir. İslahatların məqsədi isə daha çevik dövlət idarəetmə sisteminin qurulmasıdır”.

 

Bu fikirləri İnformator.az-a açıqlamasında Millət vəkili Azər Badamov söyləyib.

 

“Ona görə də yeni dövlət strukturları yaradılır, fəaliyyətsiz və bu günün tələblərinə cavab verməyən strukturlar isə ləğv olunur. O cümlədən Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin tabeliyində olan Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırılığı Mərkəzi MMC-nin ləğv olunması da aparılan islahatların tərkib hissəsidir”.

 

Azər Badamov düşünür ki, gələcəkdə də hansı dövlət strukturlarının fəaliyyəti bu günümüzün reallığına uyğun deyilsə onlar da ləğv olunacaqdır.

 

“Bu baxımdan islahatların davamlı olduğunu görəcəyik”, - deyə deputat əlavə edib.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər