00:00:00
Yazar
Admin User
18.08.2025 17:32 149 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda günəş enerjisinin istehsalı 13 %-dən çox artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 13 %-dən çox artıb

Azərbaycanda alternativ enerji sahəsində inkişaf davam edir. Son məlumata görə, günəş enerjisi üzrə istehsal ötən dövrlə müqayisədə 13%-dən çox artıb.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın enerji sahəsində xaricdən asılılığı yoxdur:

 

"Azərbaycan digər ölkələrə enerji ixrac edir. Gələcəkdə Qara dənizin dibindən Ruminiya, Macarıstana enerji ixrac olunması planlaşdırılır. Artıq uzun müddətdir ki, Azərbaycanın xarici asılılıq məsələsi həll olunub. Azərbaycanön sərhədindən ayrı düşdüyü üçün Naxçıvana enerji nəqlində problem var. Zəngəzur dəhlizi açıldıqdan sonra bu problem aradan qalxacaq. Naxçıvanın təkcə İrandan asılı qalmaması üçün bir neçə ay öncə Türkiyədən qaz, işıq xətləri çəkilib. Alternaiv enerji mənbələrinin işə düşməsi plana uyğun həyata keçirilir. Plan ondan ibarətdir ki, 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalında "yaşıl mənbələr"in payı 30%-ə qədər artsın. Azərbaycan yaxın gələcəkdə Qara dənizin dibi ilə 4 geqavata qədər Avropaya işıq enerjisi ixrac etməyi planlaşdırır. Bundan başqa, Zəngəzur dəhlizi vasitəsi ilə də Türkiyə və Avropaya enerji ixracı gözlənilir".


Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər