Azərbaycanda həkimlərin lisenziyasız fəaliyyəti qadağan oluna bilər
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni bənd əlavə olunacaq.
Bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna yeni bənd əlavə olunacaq. Bundan başqa xaricdən gələn həkimlərin fəaliyyətinə nəzarət də güclədiriləcək. Bəzi həkimlər lisenziyasız və ixtisasına aid olmayan tibbi fəaliyyətlə məşğul olur.
Əhalinin sağlamlığını qorunması haqqında qanunda ediləcək dəyişikliyə görə həkimlər ilkin tibbi müayinə istisna olmaqla, yalnız lisenziya ilə fəaliyyət göstərməli olacaq. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, lisenziyalara nəzarət gücləndirilməlidir. Bundan əlavə, xaricdən ölkəyə gələn həkimlərə qadağaların qoyulması ilə bağlı təkliflər də hazırlanacaq.
Yeni qanun həmin həkimlərin başqa tibbi fəaliyyət növü üzrə işləməsinin qarşısını alacaq.
