00:00:00
Yazar
Admin User
28.10.2023 12:26 792 2 dəq oxuma
Sosial

Azərbaycanda hər zaman vəzifəlilər, pulu olanlar, vorzakonlar ağsaqqal olub

Azərbaycanda hər zaman vəzifəlilər, pulu olanlar, vorzakonlar ağsaqqal olub

“Keçmiş dövrlərdə belə ağsaqqal, ağbirçək anlayışı gündəmdə olmayıb. Bu ifadələr Şərqə məxsus əxlaq koteksinin göstəriciləridir. Mənim bununla bağlı yazdığım əsərimdə var”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu söyləyib. Şair deyir ki, keçmiş dövrdə belə kəndin ağsaqqalı kolxoz sədri, ondan aşağı təbəqələr isə ferma müdiri və anbardarlar olub.

 

“Ağsaqqalı ya da ağbirçəyi, onun vəzifəsi maddi imkanı yoxdursa, sayan da olmayacaq. Şərq daha çox şahsevən, hakimiyyəti üstün tutan ölkədir. Burada əgər əlində hakimiyyət varsa, sən deməli ağsaqqalsan. Məsələn, Şah İsmayıl 14 yaşında hakimiyyətə gəlsə belə, o ağsaqqal idi. Bəlkə də, onun dövründə də 100 yaşlı dünyagörmüş şəxslər var idi. Amma o adamları sarayın qapısından belə qoymazdılar ki, sənin sözün bizə lazım deyil”.

 

Baba Vəziroğlu düşünür ki, ağsaqqal-ağbirçək statusu yoxdur.

 

“Azərbaycanda hər zaman vəzifəlilər, pulu olanlar, vorzakonlar ağsaqqal olub. Bir də görürsən, vorzakonların yanına gedirlər ki, filankəs məni incidir, onu cəzalandır, məni kiminləsə barışdır və s. Sovet dövründə yalandan ortaya şüar atmışdılar ki, böyüklərimiz bizim qürur mənbəyimiz, məsləhət yerimizdir. Nə böyük, nə kiçik? sənin imkanın yoxdursa, sən heç kimsən”.

 

Şair qeyd edir ki, televiziya ekranlarına belə baxanda görürük ki, ağsaqqal kimdi.

 

“Hərəsinin bəlkə də, 30 yaşı ya var, ya da yox. Amma millətə dərs verirlər, hamı onlara hörmət edir, onlara pul verib toya gətizdirirlər. Amma kasıb adamı toya çağırmırlar ki, gəlib yeməyində pulun verməyəcək. Cəmiyyət indi hər şeyi özü idarə edir. İbtidai icma dövründə belə ağsaqqal-ağbirçək anlayışı mövcud olmayıb. O dövrdə də zalımlar, qolu güclülər, yekəbaşlar qəbilə başçısı olub”.

 

B.Vəziroğlu əlavə edib ki, kim güclüdürsə, onun hökmü də yeriyəcək.

 

“Cəmiyyət hər şeyi, bütün həqiqəti ilə özü biruzə verir. Cəmiyyət özü-özünü formalaşdırır və idarə olunur. Bir tülkü dara düşəndə yaşlı tülkünü çağırıb deməyəcək ki, mənə məsləhət ver”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər