00:00:00
Yazar
Admin User
20.01.2015 05:41 349 1 dəq oxuma
Sosial

Azərbaycanda müəllimlərin əməkhaqqı mərhələlərlə artırılacaq

Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması məqsədi ilə dövlət siyasətinin inkişaf mərhələləri müəyyənləşdirilib.
Azərbaycanda müəllimlərin əməkhaqqı mərhələlərlə artırılacaq

Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”ına əsasən Nazirlər Kabineti 2016-cı ildə yeni əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmləri təsdiq etməli, Təhsil Nazirliyi 2017-ci ildən başlayaraq, mütəmadi əməkhaqqı və stimullaşdırma sisteminin yaradılması üzrə mexanizmləri tətbiq etməlidir.

 

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2015-2022-ci illər ərzində müəllim əməyinin layiqincə dəyərləndirilməsi, onların illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə, səriştə və nəticə əsasında differensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılmasını təmin etməlidir. Bunun üçün ortamüddətli proqnozlaşdırmada müəllimlərin illik əməkhaqqının adambaşına düşən ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılması həyata keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər