00:00:00
Yazar
Admin User
21.01.2015 07:13 352 1 dəq oxuma
Sosial

Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlanıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4% artaraq 442,1 manat təşkil edib.
Azərbaycanda orta aylıq əmək haqqının həcmi açıqlanıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmək haqqı neft sektorunda 1 754,6 manat, qeyri-neft sektorunda 409 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 567,5 manat təşkil edib. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

 

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər