00:00:00
Yazar
Admin User
11.05.2016 08:14 574 1 dəq oxuma
Siyasət

Azərbaycanda qadınlar işgüzar fəaliyyətə qoşulmalıdır - Malena Mard

Bakıda vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə başlanılıb.
Azərbaycanda qadınlar işgüzar fəaliyyətə qoşulmalıdır - Malena Mard

Bakıda vətəndaş cəmiyyətinin gender bərabərliyi və qadın hüquqlarının inkişafında rolunun gücləndirilməsi layihəsinə başlanılıb. 

İnformator.az xəbər verir ki, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard çıxış edib. 

O, layihədə iştirak etməkdən məmnun olduğunu söyləyib. Bildirib ki, bu layihənin həyata keçirilməsi üçün böyük əmək sərf edilib: \"Bu təxminən 400 minlik büdcəsi olan layihədir. Qadınlara qarşı bütün zorakılıq hallarının qarşısının alınması ilə bağlı Konvensiyanı həyata keçirəcəyik\". 

Onun sözlərinə görə, dünyanın heç bir yerində kişilər və qadınlara bərabər şəkildə şərait yaradılmayıb. 

M.Mard qeyd edib ki, qadınların işgüzar fəaliyyətə qoşulması olduqca vacibdir. İqtisadiyyat sahəsinə baxdıqda bütün dünyada olan formalar Azərbaycanda da var, işsizlər arasında qadınların sayı daha çoxdur. 

Səfir layihənin uğur qazanacağına əmin olduğunu vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər