00:00:00
Yazar
Admin User
05.04.2023 19:22 454 2 dəq oxuma
Sosial

Azərbaycanda siqaretin qiymətində artım yenidən müşahidə olunacaq - Ekspert səbəbi açıqladı

Azərbaycanda siqaretin qiymətində artım yenidən müşahidə olunacaq - Ekspert səbəbi açıqladı

Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb.

 

Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, qiyməti 4 manata qədər olan siqaretlərdə 0,10, daha baha olanlarda isə 0,20 manat artım olub.


Siqaretlərin qiymətində artım niyə baş verir? Bahalaşma yenidən müşahidə oluna bilərmi?

 

İNFORMATOR.AZ-a açıqlamasında bu suallara aydınlıq gətirən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, inflyasiyanın hər sahədə mövcud olması tütün məhsullarına da təsir edir:

 

"İnflyasiyanın təsir göstərdiyi məhsullar arasında tütün və tütün məhsulları üzərində olan artım orta statistikadan yüksək olur. Məhz bu məhsullar inflyasiyaya daxil olan daha həssas kateqoriyaya aiddir. Təbii olaraq, ölkədə inflyasiya daim davam edir. Yəni bunun yuxarı səviyyədə davam etməsi bu məhsullara da təsir göstərir. Eyni zamanda nəzərə alaq ki, siqaret strateji olmayan məhsuldur. Buna görə də onun qiymətinin hansısa formada tənzimlənməsi demək olar ki, nəzərdə tutulmayıb".

 

Ekspert əlavə edib ki, siqaretin qiymətində artım yenidən müşahidə edilə bilər:

 

"Qarşıdakı perspektivə gəlincə isə düşünürəm ki, inflyasiyanın davam etdiyi müddət ərzində ərzaq məhsullarında olduğu kimi siqaretdə də artımlar müşahidə edəcəyik. Mənim fikrimcə, bu vəziyyət cari ilin sonundan növbəti ilin birinci rübünə qədər davam edəcək".


Ekspert onu da bildirib ki, tütün və tütün məhsulları yeganə məhsuldur ki, bunlarda olan qiymət artımına heç zaman təəssüf etmir:

 

"Çünki istənilən qiymət artımı müəyyən kateqoriyadan olan insanların siqaret çəkmə vərdişini sonlandırması ilə nəticələnir. Hətta Ümumdünya Səhiyyə Təşkilatının statistikası da təsdiq edir ki, Azərbaycanda siqaret çəkənlərin sayı çox olsa da, azalma tendesiyası müşahidə olunur".

 

Fatimə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər