Azərbaycanda təhsilsiz ailələr uşaqlarını da təhsil almağa sövq etmirlər
“Təhsil hər bir vətəndaş üçün çox önəmlidir. Xüsusilə, 9-cu sinifə qədər alınan təhsil isə ən vacib faktorlardandır”.
Bu sözləri İnformator.az-a açıqlamasında Ailə və uşaq psixoluqu Aynur İsmayılov söyləyib. Psixoloq deyir ki, 9 illik təhsil müddətində insanlar yazma-oxuma, sosial həyatda yaşama bacarığını əldə edir.
“Ali təhsilli valideynlərin uşaqları ilə, orta təhsilli bir ailədə böyüyən uşağın tərbiyəsində müəyyən fərqlər özünü göstərir. Nəzərə alaq ki, ali təhsilli ailədə böyüyən uşaq valideynlərini örnək alaraq, məktəbə getmədən kitaba olan sevgisini formalaşdırır. Təhsilsiz ailədə uşaq məişət qayğıları ilə əhatə olunsa da, təhsilin önəmsizləşdirildiyi ailədə böyüdüyünə görə dərsə marağı yaranmır. Təəssüf ki, Azərbaycanda təhsilsiz ailələr var, onlar uşaqlarını da təhsil almağa sövq etmirlər. Təhsilin yüksəlməsi insanın şəxsiyyət səviyyəsini də dəyişir. Orta təhsilli insan, ən azından haqlarını müdafiə etməyi öyrənir”.
Həcər Əmiraslanlı
