00:00:00
Yazar
Admin User
15.12.2025 18:19 109 1 dəq oxuma
İdman

Azərbaycanda U-20 dünya çempionatı üçün Təşkilat Komitəsi yaradılıb

Azərbaycanda U-20 dünya çempionatı üçün Təşkilat Komitəsi yaradılıb

2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək futbolçular arasında dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında futbol funksioneru Ceyhun Sultanov bildirib ki, Azərbaycanın beynəlxalq idman tədbirinə ev sahibliyi etməsi təqdirəlayiq və çox müsbət bir haldır:

 

"Bu, ölkəmizin idman sahəsindəki nüfuzunun artdığını, beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha sübut edir. Ən önəmlisi isə odur ki, bu cür mötəbər tədbirin məhz ölkəmizdə keçirilməsi həm milli komandamız, həm də idmana olan ictimai maraq baxımından motivasiya yaradır. Milli yığmamıza uğurlar arzulayıram!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və dəstək uzun illərdir ki, real nəticələrini verir. Bu dəfə də həmin qayğının və iradənin nəticəsi olaraq ölkəmiz bu cür tədbirə ev sahibliyi etmək imkanı qazandı. Bu, həm idmançılarımız, həm də bütün Azərbaycan xalqı üçün qürurverici hadisədir".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər