00:00:00
Yazar
Admin User
11.06.2025 14:25 253 1 dəq oxuma
İqtisadiyyat

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyunun 24-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.


"İnformator.az" bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 5 daşınar əmlak çıxarılacaq. Bunlar, 2 avadanlıq və 3nəqliyyat vasitəsidir.


Əmlakların start qiyməti 5 520 – 24 600manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir. Sifarişlər iyunun 19-na qədər qəbul olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər